İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
***
Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.
Hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.
Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.
Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.