Paytaxtda gecə saatlarında baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ


Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektində yük avtomobillərinin iştirakı ilə iki qəza baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin baş verməməsi, tıxac və sıxlıqların yaranmaması üçün bir daha müraciət edib:

"İlk növbədə şəxsi avtomobildən istifadə etməməyə çalışın, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi saxlayın, ötmə əməliyyatları və manevrlərdən çəkinin, sürət həddinə ciddi riayət edin".


MANŞET XƏBƏRLƏRİ