İki təyyarə toqquşdu: ölənlər var


ABŞ-ın Arizona ştatında iki təyyarə toqquşub.

Turkustan.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Qəza nəticəsində ən azı 2 nəfərin həlak olduğu bildirilib.

Hadisə Maranya departamentinin Tukson şəhərinin kənarındakı hava limanı yaxınlığında baş verib. Belə ki, havada “Cessna 172S” və “Lancair 360 MK II” tipli yüngül təyyarələr toqquşub.

Təyyarələrdən birinin insidentsiz yerə endiyi, digərinin isə uçuş-enmə zolağına az qalmış yerə çırpıldığı və alovlandığı güman edilir.

Maranya polis idarəsi ölən iki nəfərin bir təyyarədə olduğunu, digər təyyarədə olan iki nəfərin isə xəsarət almadığını təsdiqləyib.

Hadisənin səbəbləri araşdırılır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ