Ağdamda yük maşını minaya düşüb.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.