Ağcabədidəki partlayışda ölən və yaralananların siyahısı açıqlandı, cinayət işi başlandı - ADLAR


Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


MANŞET XƏBƏRLƏRİ