Xəbər verdiyimiz kimi, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az-ın məlumatına görə, qəzanın görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
xxx
Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
xxx
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Turkustan.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran ərazisindən keçən hissəsində olub. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Hadisə nəticəsində xəsarət olanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.