Bakıda metrosunda insident - Qatarlar GECİKDİ


Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

"Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur", - açıqlamada bildirilir. /modern.az/


MANŞET XƏBƏRLƏRİ