Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin ("Oleq Bakinski") hakim qarşısına çıxarılır.
Turkustan.az "Qafqazinfo"a istinadla xəbər verir ki, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.
O.Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
O, xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kuçer Konstantin Antonoviçdir. O da hazırda həbsdədir.
Cinayət işi üzrə Valeri Nikolayeviç Zaxarenkov, "Aviazapchast" ASC və "Promyshlenye Postavkı Kazakhstan" MMC zərərçəkmiş qismində tanınıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.