Bakıda insident törədən idmançılar saxlanıldı - Cinayət işi başlandı


Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir./publika.az


MANŞET XƏBƏRLƏRİ