"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Turkustan.az xəbər verir ki, bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
***
Yeni Günəşlidə yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb.
İddialara görə, avtomobil "rent a car"dan 18 yaşı tamam olmayan şəxs tərəfindən kirayələnib.
Hadisə şahidlərinin dediklərinə görə, avtomobili əvvəlcə 3-4 maşına vurub, sonda 33-cü polis bölməsinin divarına çırpılıb.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Hazırda faktla bağlı araşdırma aparılır.