AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıda müalicəsi davam edən 14 nəfərin kimliyi məlum olub.
Turkustan.az Report-a istinadən xəbər verir ki, Yeni Klinikada müalicəsi davam edən şəxslər aşağıdakılardır:
1. Devrişov Tofik
2. Devrişov Samir
3. Bayramzadə Ayhan
4. Əliyev Zamin
5. Cəlilov Nizami
6. Qədirov Heydər
7. Şabanova Vafa
8. Əsədov Zülfüqar
9. Cəfərov Toğrul
10. Siracov Nurullah
11. Papaxov Mahəmməd
12. Ceerova Salihət
13. Rəhimli Aydan
14. Carayev Mahir
Siyahıda yer alan yaralılardan Mahir Carayevin müalicəsi reanimasiya şöbəsində, digərləri isə palatadadırlar.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.