AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub.
Zaqatalanın Danaçı kənd sakini olan Mahir Carayev xəstəxanadan ailəsi ilə əlaqə yaradıb.
O, vəziyyətinin yaxşı olduğunu dilə gətirib.
Qeyd edək ki, hadisədən dərhal sonra Mahir Carayevin həlak olduğu bildirilirdi.
Ailəsi onunla heç cürə əlaqə yarada bilmədiyi üçün artıq ümidlərini kəsmişdi.
Uzun çəkən axtarışlardan sonra onun qəzadan sağ çıxdığı məlum olub.
Xatırladaq ki, qəzaya uğrayan təyyarədə Zaqataladan 10 nəfər olub. /Lent.az/