Qəzaya uğrayan təyyarədəki izlər nədir? - Vurulma, yoxsa... - Nazirlə müzakirə - VİDEO


Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün yaradılan dövlət komissiyasının üzvləri Aktau şəhərində hadisə yerindədir.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla hər hansı bir şəxs (videoda üzləri görünmür) arasında dialoq öz əksini tapıb.
Həmin şəxs Kəmaləddin Heydərova təyyarənin üzərində güllə izlərinə bənzər dəlikləri göstərir və “vurulma ola bilər”,- sualını verir.

Eyni zamanda təyyarə üzərində nə üçün bu qədər qırma izlərinə bənzər deşiklərin olması da müzakirə olunur.

Hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Ona görə də bu fikirlər yalnız iddia olaraq qalır. Bildirilir ki, təyyarənin hansı səbəbdən qəzaya uğraması isə yalnız xüsusi araşdırma nəticəsində məlum olacaq.

/musavat.com/


MANŞET XƏBƏRLƏRİ