AZAL-ın qəzaya düşən təyyarələri


Xəbər verdiyimiz kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az AZAL-a istinadla xəbər verir ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Hadisə nəticəsində ölənlərin olduğu bildirilib.

Turkustan.az Bakıvaxtı.az-a istinadən AZAL-a məxsus təyyarələrin digər illərdə uğradığı qəzaları təqdim edir:

1995-ci il dekabrın 5-də Naxçıvandan Bakıya uçan Tu-134B-3 təyyarəsi məcburi eniş edib. Buna uçuş zamanı mühərrikin sıradan çıxması və ekipajın səhvi səbəb olub. Təyyarə məcburi eniş zamanı şumlanmış sahəyə enib, elektrik xətləri ilə toqquşub və alovlanıb.

Təyyarədəki 82 sərnişin və ekipaj üzvündən 52-si həlak olub.

İki il sonra - 1997-ci il mayın 15-də Yak-40 təyyarəsi adi təlim uçuşunu həyata keçirərkən qəfil eniş edib və qəzaya uğrayıb. Təyyarədə olan 6 ekipaj üzvü həyatını itirib.

2005-ci il dekabr ayının 23-də Bakı-Aktau (Qazaxıstan) reysi ilə uçan AZAL-a məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 18 sərnişin və 5 nəfər ekipaj üzvünün hamısı həlak olub.

Həlak olanların 10 nəfəri Azərbaycan, 4 nəfəri Qazaxıstan, 1 nəfəri Böyük Britaniya, 1 nəfəri Avstraliya, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub.

10 iyul 2014-cü ildə Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib. Məlumata görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb.

Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb.


MANŞET XƏBƏRLƏRİ