ABŞ-ın Milli Aeronatvtika və Kosmos İdarəsi (NASA) 2024-cü il dekabrın 24-də 10 mərtəbəli bina boyda nəhəng bir asteroidin Yerə yaxın məsafədən keçəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, kosmos agentliyi, “2024 XN1” adlı bu asteroidin Yer üçün heç bir təhlükə yaratmadan keçəcəyini bildirib.
“Royal Greenwich” rəsədxanasından astronom Jess Li, asteroidin Yerlə toqquşma ehtimalının sıfır olduğunu bildirib:
“Asteroid Yerdən kifayət qədər uzaq olacaq, buna görə də planetimiz üçün heç bir təhlükə yaratmır. Bu ölçüdə bir cisim planetimizə çatsaydı, nəticələr çox dağıdıcı olardı” - deyə qeyd edib. /bakupost.az/