Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tüstülənməyə səbəb olan soba və yanacaq maddəsi rəsmi qurumlar tərəfindən təmin olunub.
Bunu Modern.az-a açıqlamasında kənd icra nümayəndəsi Ələsgər Vəliyev bildirib.
“Külək tüstünü içəri vuranda dərhal hadisədən xəbərdar olunaraq şagird və müəllimləri təxliyə etməyə başlayıblar. Zəhərlənənlər arasında müəllim, direktor müavini və məktəbin texniki işçisi də olub. Əlaqəli dövlət orqanlarının əməkdaşları hələ də xəstəxanadadır. Ümumi olaraq 61 nəfər xəstəxanaya gətirilmişdi. Artıq 40-50 nəfər evə buraxılıb", - o qeyd edib.
xxx
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən tüstülənmə yaranıb.
Məlumata görə, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər.
TƏBİB 55 nəfərin Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunduğunu bildirib.
Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Hadisə baş verən məktəbdən görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:
(modern.az)