Məşhur klinikada insident - Xəsarət alan var


Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən "Avrasiya Hospital"da bədbəxt hadisə baş verib.

Turkustan.az xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"


MANŞET XƏBƏRLƏRİ