Metroda həyəcanlı anlar: Stansiyanı niyə tüstü bürüyüb? - VİDEO


Ötən axşam Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə olub.

Baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb. Bu barədə hadisə şahidləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.

Məsələ barədə Yenisabah.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.

O, bildirib ki, hadisə kiçik texniki nasazlıq üzündən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb:

“Kondisionerin təmizləyici qurğusundan qoxu və tüstü olub. Bu, kondisionerin özünü tənzimləmə sistemidir. Dərhal sovurma ventilyatoru işə düşüb. Maşinistin idarəetmə panelinə məlumat daxil olan kimi dediyiniz stansiyada sərnişinlər düşürülüb, yoxlama aparılıb. Problem olmayıb. Qatar növbəti stansiyadan sərnişinlə yoluna davam edib. Belə halda sərnişinlə və ya sərnişinsiz yola davam etmək maşinistin qərarı ilə olur. Maşinist məlumatı verdikdən sonra sərnişinlərin də əlavə narahatlıq keçirməməsi məqsədilə atılmış addımdır”.

"Cebheinfo.az"


MANŞET XƏBƏRLƏRİ