Bu gün saat 12:40-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb.
Turkustan.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Faktla bağlı araşdırma aparılır".
***
14:51
Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.