Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Report"un "Telegram" kanalından məlumat yayılıb.
Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.
Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.