Bakıda DƏHŞƏT: Kişi üç uşaq anası olan arvadını yandırdı - Nazirlik məsələni NƏZARƏTƏ GÖTÜRDÜ


Bakıda üç uşaq anasının əri tərəfindən yandırılması məsələsi nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

"Müvafiq tədbirlərin görülməsi təmin edilir", - deyə qurumdan verilən məlumatda bildirilib.

15:06

"Üç uşaq anası olan qadın əri tərəfindən çaydanla üzərinə isti su tökülərək yandırılıb və hazırda ərinin onu öldürməsindən qorxur".

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.

M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.

"Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.

Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun",- deyə paylaşımda yazılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şiddətə məruz qalan qadın təxminən 35 yaşındadır. Bakı şəhərində atası evindədir. Həyat yoldaşı isə Lənkəran rayonundandır.

Atası qadının qaynı ilə qonşu olduğundan o ehtiyat edir ki, əri evə rahat girə bilər. Çünki uşaqların birini məktəbə aparanda o biriləri evdə qoymalı olur. Əsas qorxusu da budur.


MANŞET XƏBƏRLƏRİ