Naxçıvanda intihar hadisəsi baş verib.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov intihar edib. O, yaşadığı evdə özünü asıb.
Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılır.