Bakıda dəhşət: itlər sahibini parçalayaraq öldürdü


Bakıda itlər öz sahibini parçalayaraq öldürüb.

Turkustan.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı “Alabay” cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər kişini parçalayaraq öldürüb.

Hadisə yerinə gələn polis əməkdaşları çağırılıb.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.


MANŞET XƏBƏRLƏRİ