Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Divizyasının sərhədçiləri Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç sərhəd pozucusunu zərərsizləşdirib.
Turkustan.az xəbər verir ki, bu barədə DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov məlumat verib.
O deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.
Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.
Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür./