Kartof yemək ölüm riskini azaldır: Həftədə neçə ədəd?


Bir məhsulun müntəzəm istehlakı ölüm riskini 10% -dən çox azaldır.

Turkustan.az xəbər verir ki, bunu genişmiqyaslı araşdırma aparan norveçli alimlər deyirlər.

“Doctor’s Notes” “Telegram” kanalı yazır ki, söhbət kartofdan gedir.

Mütəxəssislər kartof istehlakı ilə bütün səbəblərdən, eləcə də ürək-damar xəstəliklərindən ölüm arasında əlaqəni öyrənmək üçün 77 min insanın məlumatlarını öyrəniblər.

Məlum olub ki, həftədə ən azı 14 kartof yeyənlərin bütün səbəblərdən ölüm riski az yeyənlərə nisbətən 12% azdır.

Bu normanı aşanlarda ürək-damar xəstəlikləri və kəskin miokard infarktından ölüm riskini də 4% azalıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ