Rəşid Mahmudovdan XƏBƏRDARLIQ: “Bu kiçik nüansdan...”


Soyuq qış aylarında hər kəsi düşündürən məsələ var, bu da immunitetin gücləndirilməsi və xəstəliklərə qarşı mübarizə ilə bağlıdır.

Bəs payız-qış aylarında səhhətimizi necə mühafizə edə bilərik ki, ciddi fəsadlarla qarşılaşmayaq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış həkim, fizioloq Rəşid Mahmudov bir sıra önəmli məqamları diqqətə çatdırıb:

“Cavanlara nisbətən yaşlılar daha çox həkimə müraciət edirlər. Bunun əsas səbəbi cavanların immunitetinin güclü olmasıdır. Yaşlılarda isə immunitet bir qədər zəif olur. Ona görə yaşlılar müayinələrə vaxtında və tez-tez gedirlər. Gənclər əksinə, bu məqamlara əhəmiyyət vermirlər. Buna görə də hər kiçik şeydən ötrü həkimə, müayinəyə getmirlər. Ancaq vaxt gəlir o kiçik deyilən nüansdan çox böyük problemlər ortaya çıxır”.

Həkim qeyd edib ki, sağlam qalmaq istəyənlər bəzi nüansları gözardı etməməlidirlər:

“İmmuniteti artıran dərmanlar var. Ancaq dərmanlardansa, yeməklərə üstünlük vermək daha uyğun olar. Çünki dərmanlarla yanaşı, bir sıra qida məhsulları da orqanizmi gücləndirməyə xidmət edir. Bildiyimiz kimi, payız aylarında infeksiyalar çoxalır. Rütubətli hava, yağıntılar, soyuqların başlaması, nəmli şəraitdə mikrob və virusların artması insanların səhhətinə mənfi təsir göstərir. Sağlamlığının qeydinə qalmaq istəyən şəxslər təmizliyə, şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Əlləri təmiz saxlamaq lazımdır. Yaxşı qidalanmaq da önəmli faktordur. Zülal maddələri ilə zəngin qidaları rasionumuza əlavə etməliyik. Məsələn, balıq ətinin tərkibində hemoqlobin çox olur. Onu istehlak etmək olar. Bundan əlavə, gənclər xaş yeyə bilər. Onun da tərkibində hemoqlobin çoxdur. İmmunitetin xammalıdır. Belə qidalananlar sağlam həyat sürə biləcəklər”.

Aytac Şahin


MANŞET XƏBƏRLƏRİ