Bu meyvənin qabığını atmayın - İnanılmaz faydaları var


Banan qabığı insanların çoxunun atdığı tullantı olsa da, əslində bədənimiz üçün çoxlu faydaları var. Son araşdırmalar banan qabığını qaynadıb içməyin müxtəlif sağlamlıq faydaları olduğunu ortaya qoyub.

Banan təkcə dadlı deyil, həm də sağlamlığımız üçün bir çox faydaları olan bir meyvədir. Tərkibindəki yüksək lif sayəsində həzm sistemini tənzimləyir və qəbizlik kimi problemlərə qarşı təsirlidir. Onun qabığı içərisi qədər üstünlüklərə malikdir.

Yuxu keyfiyyətini yaxşılaşdırır

Banan qabığı tərkibindəki triptofanla tanınır. Triptofan bədəndə melatonin istehsalını təşviq edir ki, bu da daha yaxşı yuxu deməkdir. Onu qaynadıb içdiyiniz zaman sakitləşdirici təsir yaradır və gecə boyu rahat yatmağınıza kömək edir.

İltihab əleyhinə təsir göstərir

Banan qabığında olan antioksidantlar iltihabı azaltmağa kömək edir. Oynaq ağrıları kimi xəstəliklər üçün banan qabığının qaynadılmış suyu ağrıları aradan qaldırır.

Dərinin sağlamlığını dəstəkləyir

Banan qabığındakı antioksidanlar və vitaminlər dəri sağlamlığını yaxşılaşdırmağa kömək edir. Qaynadılmış banan qabığı suyu dərinizi içəridən qidalandırır və sağlam görünüş təmin edir.

Ürək sağlamlığı üçün faydalıdır

Banan qabığının tərkibindəki kalium ürəyin sağlamlığına kömək edir. Kalium qan təzyiqini tənzimləyərək ürək xəstəlikləri riskini azaldır./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ