Ölüm dərəcəsi yüksək olan xərçəng niyə sürətlə yayılıb? - ARAŞDIRMA


“60 yaşın üstündə hər 6 kişidən birində prostat xərçənginə rastlanır”.

Bu sözləri Lent.az-a açıqlamasında onkoloq Elxan Məmmədov söyləyib.

Qeyd edək ki, prostat xərçəngi, dünyada kişilərdə rast gəlinən ikinci ən çox yayılmış xərçəng növüdür. Prostat vəzinin işi sidik kisəsinin altında, sidik yolunu düzən bezdə olmasıdır. Bu xərçəng növü erkən müəyyən olunduqda müalicə edilə bilər, ancaq erkən diaqnoz qoyulmazsa, həyati orqanlara yayıla bilər. Bəs prostat xərçəngi nədir? Bu xəstəliyin yayılmasına nə səbəb olur?

Prostat xərçəngi vəzidəki hüceyrələrin anormal böyüməsi ilə başlayır. Xərçəng hüceyrələri böyüyür və şiş əmələ gətirən sürətli tempdə bölünür. Zamanla xərçəng hüceyrələri yaxın və uzaq toxumalara, o cümlədən, orqanlara yayıla bilər.

Onkoloq Elxan Məmmədovun sözlərinə görə, “Son illərdə ölüm dərəcəsi yüksək olan xərçəng növlərindən biri olan prostat xərçənginin erkən diaqnozu həyat itkisini azalda bilər. Eyni zamanda, prostat xərçəngi diaqnozundan sonra xəstəliklə əlaqəli yan təsirləri minimuma endirmək olar. Prostat xərçənginin erkən diaqnozu üçün PSA qan testinin aparılması faydalıdır. Rəqəmsal rektal müayinə və ya transrektal (rektal) ultrasəs metodları da erkən diaqnozu təmin edə bilər. Bununla birlikdə, prostat testləri risk olduğuna görə bir mütəxəssis həkim tərəfindən aparılmalıdır. Şəxsin seçiminə görə fərqli seçim metodları tətbiq olunmalıdır”.

Onu da deyək ki, prostat xərçənginin dəqiq səbəbləri hələ tam məlum deyil. Bu xəstəlik əksər hallarda 50-dən sonra aşkar edildiyi üçün kişinin yaşlı olması birinci risk faktoru sayılır. Genetik və piylənmə də daha yüksək risklə əlaqələndirilir.
Bəzi araşdırmalara görə, böyük miqdarda yağ, xüsusən də yüksək istilikdə bişmiş qırmızı ət istehlak edən kişilərdə qabaqcıl prostat xərçəngi inkişaf edə bilər.

Əsas səbəbin isə hormon ola biləcəyi hesab edilir: yağlar testosteron və digər hormonların artımını stimullaşdırır, testosteron xərçəng hüceyrələrinin böyüməsini sürətləndirir.

Genetik faktor

Ailənin sağlamlıq tarixi də vacibdir. Bu xəstəliyin inkişaf riski ailə üzvlərində xərçəng olan insanlar üçün 7 dəfə daha çoxdur. Bundan əlavə, bir insanın anasında döş xərçəngi varsa, o zaman prostat xərçəngi riski daha yüksəkdir. Ailə üzvlərində, birinci mərhələdə prostat və ya döş xərçəngi diaqnozu qoyulan insanların, 40 yaşında müntəzəm müayinələrə və PSA testlərinə başlamaları lazımdır. Ailədə xərçəng tarixi olmayanlar isə bu müayinələrə 45 yaşında başlaya bilər.

Bəs bu xərçəng növünün simptomları nələrdir?

Erkən mərhələdə prostat xərçəngi hər hansı bir simptom göstərməyə bilər. Ancaq sonrakı mərhələlərdə aşağıdakı simptomlar görünə bilər:

- Tez-tez sidiyə ehtiyac

- İdrar edərkən gərginlik və ya ağrı

- Sidikdə qan görünüşü

- Sidik yollarında yanma və ya ağrı hissi

- Bel və ya qasıq ağrısı

Təbii yolla müalicə

Əlbəttə ki, xəstəliyə düçar olmuş insanların çarə olaraq ağlına ilk növbədə əməliyyat gəlir. Lakin təbii yollarla da xərçəngin aradan qaldırılması mümkündür. Necə?

Gicitkən sıyığını balla qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı cəmi 3 gün qəbul etdikdə vəzin şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır.

Eyni zamanda, gicitkəni qoz yarpağı və balla qarışdırıb hazırlanmış sıyığı daxili orqanlarında bu xəstəlik tapılan şəxsə verdikdə xərçəng hüceyrələrinin inkişafı dayanır.


MANŞET XƏBƏRLƏRİ