Gündə iki dəfə piyada gəzmək bağırsaq xərçənginin inkişaf riskini azalda bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Ümumdünya Xərçəng Araşdırma Fondunun mütəxəssisləri araşdırma ediblər.
Materialda qeyd olunur ki, səhər və axşam saatlarında fiziki aktivlik yoğun bağırsaq xərçənginin qarşısının alınmasında effektiv vasitədir.
Mütəxəssislər vurğulayırlar ki, aktiv həyat tərzi özü xərçəng riskini azaldır. Amma fiziki fəaliyyətin ən faydalı olduğu vaxtlar ki, onu da piyada gəzinti ilə çox müsbət istifadə etmək olar.
Doktor Michael Leitzmannın sözlərinə görə, səhər və axşam gəzməyin gün boyu fəaliyyətdən daha təsirli olduğu sübut olunub. Bu səbəbdən mütəxəssislər insanları işə gedib-gəlməyə piyada getməyə çağırıb. /teleqraf.com/