COVİD-dən sağalanlarda hansı fəsadlar illərdir davam edir? – İnfeksionistdən AÇIQLAMA


Bildiyimiz kimi, 2020-ci ildə bütün dünyanı əhatəsinə alan “COVİD-19”, bir digər adıyla “Koronavirus” pandemiyasına görə milyonlarla insan həyatını itirdi və yaxud xəstəliyi ağır keçirdi.

Korona xəstələrdə müxtəlif reaksiyalarla özünü göstərirdi. Bu simptomlara iy və dadbilmənin itməsi də daxildir. Qəribəsi budur ki, bu gün virusa illər əvvəl yoluxan bəzi insanlarda fəsadlar hələ də qalıb.

Məsələn, 2020-ci ildə virusa yoluxan Fatimə Hüseynova deyir ki, iybilmə bərpa olsa da, dadbilməsində hələ də problem var. Elə həmin ildə yoluxan bir başqa vətəndaş Qəmər Əliyevanın sözlərinə görə isə onun iybilmə qabiliyyəti 3 il sonra bərpa olub.

Bizim.Media məsələ ilə bağlı infeksionist Mərdan Əliyevin fikirlərini öyrənib. O bildirib ki, koronavirus sinir sistemimizə, reseptorlara təsir göstərməklə iybilmə və dadbilmə zəifləməsinə, təhrif olmasına, tamamilə itməsinə səbəb ola bilir”.

Bəs bu nə qədər müddətdə davam edə bilər?

İnfeksionistin sözlərinə görə bu, fərdi olaraq onun zədələnmə dərəcəsindən asılı olaraq bəzən qısa, bəzən uzun müddətə, bəzən isə aylarla, illərlə davam edə bilər:

Bunun nə vaxt bərpa olunacağını əvvəlcədən demək olmur. Fərdi olaraq hər kəsdə fərqli formada gedir, bəzi şəxslər var ki, onlarda illərdir bu proses davam edir. Bunun səbəbi isə zədələnən sinir sistemi, reseptorların çox gec bərpa olmasıdır”-deyə Mərdan Əliyev qeyd edib.


MANŞET XƏBƏRLƏRİ