Siqareti buraxdığınız zaman ağciyərlərinizin tam bərpası nə qədər vaxt alır? – Araşdırma


Siqaret çəkənlərin çoxu siqareti buraxmaq barədə dəfələrlə düşünüblər. Sağlamlıq üçün çox faydalı olan bu vəziyyət ürək və ağciyər xəstəliklərinin də əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Mütəxəssislər siqaretin dayandırıldığı təqdirdə orqanizmin normal fəaliyyətinin nə qədər vaxt tələb etdiyinə aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, ağciyər xərçənginin 95faizi siqaret səbəbiylə meydana gəldiyi halda, siqaret çəkənlərin əhəmiyyətli bir hissəsi bu vərdişi həyatlarından tamamilə çıxarmağa çalışır. Cənubi Koreyalı tədqiqatçılar tərəfindən JAMA jurnalında dərc edilən son araşdırmada 100 mindən çox siqaret çəkən və 4 milyona yaxın siqaret çəkməyən şəxsin məlumatları müqayisə edilib.

Bundan əlavə, hesabatda 10 il ərzində siqareti buraxan insanların sağlamlıq dəyərləri araşdırılıb. Nəticə həkimlər üçün də təəccüblü oldu, çünki birdən-birə siqareti dayandırmaq ürək-damar sisteminə, ürəyin sağlamlığına və ağciyərlərin vəziyyətinə təəccüblü təsirlər göstərdi.

Tədqiqat siqaret və ürək-damar xəstəlikləri riski arasındakı əlaqənin dozadan asılı olduğunu müəyyən etdi. Bu o deməkdir ki, yüngül siqaret çəkənlərin riski onlar buraxdıqdan dərhal sonra azalır. Lakin tədqiqatçılar belə nəticəyə gəliblər ki, ən azı səkkiz il siqaret çəkən çox siqaret çəkənlər üçün infarkt və insult riskinin heç vaxt siqaret çəkməmiş adamla eyni səviyyəyə çatması 25 il çəkə bilər.

Hesabatı hazırlayan tədqiqatçılar, "Çox siqaret çəkən keçmiş siqaret çəkənlərin, siqaret çəkməyə davam edən xəstələr kimi ürək-damar xəstəlikləri riskinin bərabər olduğu nəzərə alınmalıdır" dedi.

Bu araşdırmaya əlavə olaraq, siqaretin ürək çatışmazlığı ilə əlaqəli olduğunu göstərən bir çox başqa araşdırma da var. Siqaretin ən çox görülən sağlamlıq təhlükələrindən biri olan ürək çatışmazlığı, ürək əzələsi qanı bədənə lazım olduğu qədər pompalaya bilmədikdə baş verir.

Siqaretin sağlamlığa dağıdıcı təsirlərini tamamilə aradan qaldırmaq mümkün deyil. Tədqiqatçılar siqareti buraxdıqdan sonra 10 ildən çox siqaret çəkən insanlarda nə baş verdiyini müəyyən ediblər.

Siqareti dayandırdıqdan 3 ay sonra infarkt riskində əhəmiyyətli dərəcədə azalma var. Qan dövranı yaxşılaşdıqca ağciyərin tutumu da artır. İlk 9 ayda öskürək və nəfəs darlığı şikayətləri günü-gündən azalır. Bir ildən sonra ürək-damar sisteminin tıxanması və infarkt riski normal siqaret çəkənlə müqayisədə iki dəfə azalır.

Siqareti tərgitdikdən sonra 5 il ərzində ağız, boğaz, yemək borusu və sidik kisəsi xərçəngi riski yarıbayarı azalır. Uşaqlıq boynu xərçəngi və insult riski heç vaxt siqaret çəkməyən insanla eyni səviyyəyə düşür. 10-cu ildə ağciyər xərçəngindən ölüm riski siqaret çəkənlərlə müqayisədə iki dəfə azalır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ