Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov ən faydalı olan üç içkinin adını çəkib.
Turkustan.az xəbər verir ki, "Rossiya 1" kanalında yayımlanan "Doktor Myasnikov" verilişində o, həmin içkiləri açıqlayıb.
"Ümumiyyətlə, çay, qəhvə və təmiz su ən çox içməli olduğumuz içkilərdir", - həkim deyib.
Myasnikov izah edib ki, bütün digər sərinləşdirici içkilər tərkibindəki şəkər və digər zərərli maddələrə görə iltihaba səbəb olur. O, bu məlumatı elmi araşdırmalardan əldə etdiyini vurğulayıb.
"Beləliklə, yalnız su, qəhvə, çay iç və sağlam olacaqsan", - deyə həkim yekunlaşdırıb./oxu.az