Tahini və bəkməzi belə istehlak etməyin: İllərdir yanılmışıq


İmmunitet sisteminə qatqı təmin edən tahini, qan əmələ gətirmə xüsusiyyəti ilə tanınan bəkməzlə istehlak edildikdə ləzzətli bir harmoniya tapır. Ancaq ikisini qarışdırmağın sağlamlığa bəzi mənfi təsirlərə səbəb ola bilər.

Səhər yeməyinin vazkeçilməzləri olan bəkməz və tahini doldurma xüsusiyyəti və özünəməxsus dadı ilə damağı şirinləşdirən ləzzətlər olsa da, bu iki qida bir yerdə istehlak edildikdə, tərkibindəki kalsium və dəmir komponentləri bir-biri ilə qarşılıqlı əlaqəyə girərək təsirsiz hala gələ bilər. Beləliklə, əslində bu iki qida bir-birinin faydalarını ləğv edir.

Tahini yüksək yağ tərkibinə malik olsa da, bəkməz şəkərlə zəngin bir qidadır. Buna görə birlikdə istehlak edildikdə, çəki artımını artıra və qan şəkərini artıra bilər. Bu birləşmə də şişkinliyə səbəb ola bilər. Tahini və bəkməzin mənfi təsirlərindən qaçmaq üçün tahini qatıqla qarışdıraraq istehlak etmək və bəkməz yerinə bal və ya mürəbbə istifadə etmək yaxşı bir seçim ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ