Payızın ən təhlükəli qidası göbələk! - Zəhərlənmənin qarşısını necə alaq?


İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir dietoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən Qida təhlükəsizliyi hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, göbələkdən zəhərlənmə halları zərərli göbələklərin yeyilməsindən qaynaqlanır. Bu da orqanizmində ciddi fəsadlar yaradaraq, ölümə səbəb ola bilir. Ümumiyyətlə, zəhərli mənşəyi bəlli olmayan yerdən alınan, meşədə bilinməyən yerdən yığılan göbələklər hər zaman risk qrupuna daxildir:

Payızın ən təhlükəli qidası Göbələk! Zəhərlənmənin qarşısını necə alaq"Zəhərli göbələklər adətən tünd rəngdə və xoşagəlməz qoxuda olur. Xüsusilə də əgər üzərində ləkələr varsa, hər hansı bir örtük varsa bunlar göbələyin təhlükəli olduğunu göstərir. Yaxşı olar ki, göbələk istifadə edən insanlar mənşəyi bəlli olar yerlərdən alış-veriş etsinlər. Bişirərkən, saxlayarkən qida təhlükəsizliyinin əsas şərtlərindən olan sanitar-gigiyena norma və qaydalarına əməl etsinlər".


MANŞET XƏBƏRLƏRİ