Meymunçiçəyi virusunun daha bir variantı aşkar edildi


Bildirilib ki, M-pox virusunun yeni variantı olan “Clade 1b” oktyabrın 18-də Almaniyada aşkarlanıb.

Turkustan.az xəbər verir ki, Almaniyada Robert Koch İnstitutunun (RKİ) verdiyi açıqlamada, ölkədə ilk M-pox virus variantının (Clade 1b) oktyabrın 18-də aşkar edildiyi bildirilib.

Açıqlamada "Almaniyada ümumi xalq sağlamlığı üçün riskin aşağı olduğu düşünülür" və vəziyyətin yaxından izləndiyi vurğulanıb.

Çiçək xəstəliyinə bənzər M-pox virusu xəstələrdə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, üşümə və titrəmə, dəri döküntüsü kimi simptomlara səbəb olur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ