Yeməkdən sonra ağırlıq hiss edənlərin nəzərinə: Yorğunluğuna səbəb bu ola bilər


Yeməkdən sonra özünüzü ağır hiss edirsinizsə, bunun xüsusi bir səbəbi olduğunu bilməlisiniz. Daha çox nahardan sonra yaranan bu arıqlama və yorğunluğun elmi səbəbi olduğu ortaya çıxır.

Əsnəmək istəyi və yeməkdən sonra yorğunluq hissi demək olar ki, hər kəsin qarşılaşa biləcəyi bir vəziyyətdir. Yeməkdən sonra yaranan yorğunluq hissinin elmi səbəbi olduğu səhiyyə mütəxəssisləri tərəfindən açıqlanıb. Yeməkdən sonra yaranan yuxululuq hissi yuxu koması kimi tanınır.

Yeməkdən sonra özünüzü yorğun hiss edirsinizsə, bu, vücudunuzun ümumiyyətlə normaldan daha çox işlədiyini göstərə bilər. Ancaq yeməkdən sonra yuxululuğun yeganə səbəbi bu deyil. Yeməkdən sonra yorğunluğun başqa bir səbəbi isə mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində açıqlanıb.

Bir küncdə qıvrılmaq və yeməkdən dərhal sonra yatmaq istəyinə səbəb olan yuxu komasının səbəbi zülal və karbohidratlarla zəngin yeməklər ola bilər. Zülallar triptofan ehtiva edir və serotonin ifrazını artırır.

Digər tərəfdən, karbohidratlar triptofanın udulmasına kömək edir. Bu zaman karbohidrat və zülalın birlikdə qəbulu yuxululuğa səbəb olacaq və özünüzü yorğun hiss edəcəksiniz. Bundan əlavə, çox yediyiniz zaman özünüzü ləng hiss edirsiniz.

Bədənimiz yuxu və oyanma dövrünü idarə edən sirkadiyalı bir ritmə malikdir. Bu sikl gecə yuxuya getməyə kömək edir. Eyni zamanda, bu sikl gün ərzində sayıqlığın azalmasına səbəb olur.

Günorta düşməsi olaraq da bilinən bu vəziyyət, adətən günorta saat 1 ilə 4 arasında baş verir. Buna görə də, nahardan sonra yatmaq istəyinə qarşı sirkadiyalı ritminizi öyrənməlisiniz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ