D vitamini mövsümü sona çatır


Artıq payızdır və Günəş işığının təsiri azalır. D vitamini çatışmazlığı qış aylarında daha çox müşahidə olunur. Mütəxəssislərin fikrincə, D vitamininin sintezi üçün may-noyabr ayları arasında gündə azı 15-30 dəqiqə Günəş işığının dəri ilə birbaşa təması lazımdır.

Turkustan.az xəbər verir ki, orqanizmdə hormon funksiyasını da yerinə yetirən D vitamininin kalsium və fosfor kimi mineralların udulmasını və istifadəsini artıraraq sümük sağlamlığını dəstəkləyir, immunitet sistemini gücləndirməyə kömək edir, bədəni infeksiyalara qarşı qoruyur. Əzələ funksiyalarını tənzimləyir və əzələ gücünü artırır. Hüceyrələrin normal böyüməsinə və inkişafına kömək edir. Sinir sistemini və beyin funksiyalarını dəstəkləyir.

D vitamininin yalnız müəyyən qidalarda (yağlı dərin su balıqları, süd, yumurta sarısı və s.) az miqdarda olduğundan vitamin ehtiyacının təqribən yüzdə 20-si qidadan qarşılanır. Ona görə də bütün ehtiyacı təkcə qidalanma ilə qarşılamaq çətindir. Ehtiyacımızın yüzdə 80-i günəş işığının köməyi ilə bədəndə istehsal olunur.

D vitamininin sintezi üçün müəyyən aylarda, may-noyabr ayları arasında, günün müəyyən saatlarında, saat 10.00-15.00 arasında, üz, qol və ayaqlar açıq, ən azı, 15-30 dəqiqə günəş işığının dəri ilə birbaşa təması lazımdır.

D vitamini çatışmazlığı riski yüksək olanları belə sıralamaq olar:

Kifayət qədər günəş vannası qəbul edə bilməyənlər

Yaşlı insanlar

Tünd dəri rəngi olanlar

Obez şəxslər / obezite əməliyyatı keçirənlər

D vitamini mübadiləsinə təsir edən dərmanlardan istifadə edənlər

Xroniki böyrək çatışmazlığı olanlar.

Xroniki qaraciyər çatışmazlığı olanlar

Udulmanı pozan mədə-bağırsaq sistemi xəstəlikləri olanlar

Paratiroid vəzi xəstəliyi olanlar

Böyrək, qaraciyər çatışmazlığı və hipoparatireoz kimi əlavə xəstəlikləri olan xəstələrdə müalicədə istifadə edilən D vitamininin forma və dozalar fərqli olur.Lakin bu vitamin lazım olandan çox alındıqda orqanizmə zərər verə bilər. Bundan başqa, D vitamini ilə birlikdə kifayət qədər kalsium qəbulu təmin edilməlidir. D vitamini əskikliyi və ya çatışmazlığının müalicəsi həkim tərəfindən olunmalıdır /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ