Nə etsə də isinməyi bacarmayanların nəzərinə: Səbəbi bu ola bilər


Qış aylarında bəzi insanlar digərlərindən daha soyuq hiss edə bilərlər. İsti mühitlərdə belə davamlı soyuğunu hiss edən və isinə bilməyən bu insanlar bəzən yay aylarında belə uzunqol paltarlar geyinmələri ilə tanınırlar. Qış aylarında isinməməyinizin səbəbi bu ola bilər.

Qış aylarında soyuqluq hiss etmək olduqca təbiidir. Bununla belə, bəzi insanlar həm yayda, həm də qışda hər zaman soyuq hiss edirlər. Yayın qızmar istisində də bəzən hırka geyindiyini gördüyümüz bu insanlar, xüsusilə qış aylarında əl-ayaqları həmişə soyuqla gəzirlər. Bu problemin konkret səbəbi var.

Turkustan.az xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalara görə, yay-qışda davamlı soyuqluq və isinmə probleminin müəyyən səbəblərdən yarandığı müəyyən edilib.

Dəmir çatışmazlığı: Dəmir çatışmazlığı anemiyası anemiya olaraq da bilinən bir xəstəlikdir. Soyuqlara qarşı dözümsüzlük və əzaların soyuması kimi əlamətlərlə özünü göstərir. Oksigen həm enerji istehsalında, həm də istilik istehsalında vacibdir. Dəmir səviyyəsinin azalması orqanizmin kifayət qədər oksigen daşımamasına səbəb olur. Nu həmçinin qan damarlarının daralmasının və istiliyi saxlamasının qarşısını alır.

Yod və tiroid problemləri: Yodun tiroid hormonunun istehsalında əhəmiyyətli yeri var. Orqanizmdə yod çatışmazlığı olduqda kifayət qədər hormon istehsal oluna bilməz və hormonların azalması isinmə probleminə səbəb olur. Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, tiroid hormonu səviyyəsi aşağı olan şəxslərin yüzdə 80-dən çoxu bu problemlə üzləşir.

Omeqa-3 yağ turşuları: Omeqa-3 yağlarının tərkibindəki sağlam yağ turşuları hüceyrə membranlarının soyuqdan təsirlənməsinin qarşısını alır. Bundan əlavə, omeqa-3 yağ turşuları qan damarlarını genişləndirir və qan axını sürətləndirir, insanın isinməsinə şərait yaradır. Əgər tez-tez soyuqlayır və xəstələnirsinizsə, mütəxəssislərə müraciət edərək müəyyən vitamin və mineral qruplarının çatışmazlığını öyrənə bilərsiniz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ