Ətlə bağlı doğru bildiyiniz yanlışlar


Dondurulmuş ətin buzunu əritməyin müxtəlif yolları var.

Bir çox insanlar isti su ilə buzu əritməyə üstünlük verir, çünki bu, həm tez, həm də daha praktikdir. Ancaq mütəxəssislər bunu qida təhlükəsizliyini təhdid etdiyi üçün məsləhət görmülər. Bəs ətin buzunu tez və praktik olaraq əritmək istəyənlər nə etməlidir?

Turkustan.az xəbər verir ki, dondurulmuş əti qaynar suya qoyaraq buzunu əritmək bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu səbəbdən əti bişiriləcək hala gətirmək istəyənlərə soyuq su seçmələri tövsiyə olunur.

Bundan əlavə, dondurulmuş ətin mətbəx taxtasında açıq şəkildə əridilməsi mütəxəssislər tərəfindən yanlış hesab olunur. Çünki buz taxtada əriyərkən bakteriyalar üçün çoxalma zəmini yarada bilər.

İngiltərə Qida Standartları Agentliyi (FSA) xəbərdarlıq edir ki, xüsusilə toyuq ətini bişirməzdən əvvəl yumaq "campilobakter" adlı bakteriyaların əvvəlcə əllərə, sonra isə mətbəx piştaxtasına, qablara və paltarlara keçmə riskini artırır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ