Mütəxəssislər izah etdilər: Hansı qan qrupunda insult riski daha yüksəkdir?


Tədqiqatlar göstərib ki, A qan qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlara nisbətən 16 faiz daha yüksəkdir. O qrupu gen variasiyası olan insanlarda bu riskin yüzdə 12 daha az olduğu aşkar edilsə də, mütəxəssislər insult riskinin qan laxtalanma faktorları və damar sağlamlığı ilə əlaqəli ola biləcəyini ifadə etdilər.

Qan qrupları qırmızı qan hüceyrələrinin səthində olan kimyəvi müxtəlifliyi təsvir edir. Ən tanış olanlar arasında A və B adlananlar var ki, onlar AB kimi birlikdə, A və ya B kimi ayrı-ayrılıqda baş verə bilər və ya ümumiyyətlə O kimi olmaya bilər.

2022-ci ildə aparılan bir araşdırmada genom tədqiqatçıları A1 alt qrup geni ilə erkən yaşlarda insult riski arasında əhəmiyyətli bir əlaqə olduğunu aşkar etdilər. Tədqiqatçılar insult keçirmiş təqribən 17.000 və insult keçirməyən təxminən 600.000 insan üzərində aparılmış 48 genetik araşdırmanın məlumatlarını toplayıblar. Tədqiqat iştirakçıları 18-59 yaş arasında idi.

Araşdırmaya görə, A qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlara nisbətən 16 faiz daha yüksəkdir. Digər tərəfdən, O qrupu gen variasiyası olan insanlarda bu risk yüzdə 12 daha azdır.

Merilend Universitetinin aparıcı müəllifi və damar nevroloqu Steven Kittner, "Biz hələ də A qan qrupunun niyə daha yüksək risk altında olduğunu bilmirik, lakin bu, çox güman ki, qanın laxtalanma faktorları, qan damarlarını əhatə edən hüceyrələr və dövran edən zülallarla əlaqəlidir" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ