Yuxu sağlam həyatın ən vacib komponentlərindən biridir və düzgün yuxu rejimi insanın ümumi sağlamlığına ciddi təsir göstərir. Hər yaş qrupu üçün tövsiyə edilən yuxu müddəti fərqlidir, lakin əsas məsələ bədənin ehtiyac duyduğu qədər yuxu almaqdır. Belə ki, kifayət qədər yuxu almayan şəxslərdə bir sıra sağlamlıq problemləri yarana bilər.
Turkustan.az tövsiyə edilən yuxu saatlarını təqdim edir:
Yetkinlər (18-64 yaş): Gündə 7-9 saat
Yaşlılar (65 və yuxarı yaş): Gündə 7-8 saat
Yeniyetmələr (14-17 yaş): Gündə 8-10 saat
Uşaqlar (6-13 yaş): Gündə 9-11 saat
Körpələr (4-12 ay): Gündə 12-16 saat (qısa yuxu fasilələri ilə birlikdə)
Bu göstəricilər fərqli həyat tərzləri və bədən ehtiyaclarına görə bir qədər dəyişə bilər, lakin uzunmüddətli yuxu çatışmazlığı ciddi sağlamlıq riskləri yarada bilər.
Yuxusuzluq və ya yuxu çatışmazlığı, ürək-damar xəstəlikləri, şəkərli diabet, depressiya, yaddaş pozğunluğu və hətta piylənmə riskini artırır. Eyni zamanda, yuxusuz insanlar gündəlik həyatda diqqətini cəmləməkdə çətinlik çəkir və bu, qəza riskini də yüksəldir.
Sağlamlıq üçün lazımi qədər yuxu almaq, həyat keyfiyyətinizi artırmaq və enerjinizi qorumaq üçün əsas şərtlərdən biridir. Buna görə də, yuxuya kifayət qədər vaxt ayırmaq, uzunmüddətli fiziki və zehni sağlamlığınız üçün çox vacibdir. /Ajans.az/