Qəhvə və enerji içkilərinin zərərləri


"Gün ərzində diqqət və işgüzarlıq səviyyəsi qidalanma da daxil olmaqla bir çox amillərdən asılıdır".

Turkustan.az xəbər verir ki, bunu Rusiyadakı Skandinaviya Sağlamlıq Mərkəzinin endokrinoloqu Qalina Smirnova gazeta.ru-ya bildirib.

Onun sözlərinə görə, şirniyyatlar, fastfud, şəkər və kofeini yüksək olan içkilər enerji səviyyəsini və konsentrasiya qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Smirnova şəkərin qan qlükozasında kəskin sıçrayışa səbəb olduğunu izah edib. Bu enerji fiziki fəaliyyət üçün istifadə edilmədikdə, qlükoza yağa çevrilir, bu da trigliseridlərin səviyyəsini artırır, diqqəti və konsentrasiyanı azaldır.

"Fast foodda çoxlu miqdarda trans yağlar və konservantlar var ki, bu da idrak funksiyasına mənfi təsir göstərir. Bu məhsullar insulin səviyyələrində oynamalara səbəb olur və halı pisləşdirir, məhsuldarlığın azalmasına gətirib çıxarır", - həkim qeyd edib.

Mütəxəssis vurğulayıb ki, kofein və enerji içkiləri qısa müddətli enerji verən təsir göstərir, lakin tez-tez, müntəzəm istifadə diqqətə və ümumi səhhətə mənfi təsir göstərə bilər.

Sabit enerji səviyyələrini qorumaq üçün pəhrizə meyvə, tərəvəz, qoz-fındıq və bitki yağları əlavə etmək tövsiyə olunur. /Oxu.az/


MANŞET XƏBƏRLƏRİ