Məlum olduğu kimi, Quranı-Kərimdə bir sıra meyvənin adı çəkilir.
Turkustan.az xəbər verir ki, bütün bunlar təsadüfi deyil və İlahi hikməti var.
Alimlər bu hikmətin müəyyən detallarını açıqlaya bilib. Belə ki, Nəhl surəsində adı çəkilən zeytunun tükənməz faydaları barədə xeyli araşdırma nəticələri var.
Onlardan ən əsası isə zeytunda çoxlu miqdarda antioksidantların olmasıdır.
Vaqiə surəsinin 29-cu ayəsində adı çəkilən banan isə qan təzyiqini normallaşdırır. Elə həmin ayədə gilasın adı da xüsusi qeyd edilir ki, bu giləmeyvə də insan orqanizmini toksinlərdən təmizləyir.
İnsan orqanizmində immuniteti gücləndirən bitki kimi sarımsağın adı Bəqərə surəsinin 61-ci ayəsində çəkilir.
Tin surəsinin 1-ci ayəsində adı hallanan əncirin isə sağlam mədə üçün əvəzsiz təsiri var.
Rəhman surəsinin 12-ci ayəsində isə reyhanın adına rast gəlirik. Bu bitki isə daha çox öskürəyə qarşı müalicəvi əhəmiyyətə malikdir. Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün narın faydaları misilsizdir. Nar isə Ənam surəsinin 99-cu ayəsində qeyd edilir.
Saffat surəsinin 146-cı ayəsində bəhs edilən balqabağın isə faydaları isə tükənməzdir. Bağırsaq üçün dərman rolunu oynayan balqabaq insan ömrünü uzadan əsas bitkilərdən biri sayılır. Qara ciyərin təmizlənməsində balqabağı əvəz edən tərəvəz yoxdur.
Üzümün tərkibindəki kalsium isə sümüklərə xeyirlidir. Bəqərə surəsinin 61-ci ayəsində isə soğandan bəhs edilir. O soğandan ki, tərkibi C və B6 vitaminləri ilə zəngindir, biotin, xrom və kalsiumla orqanizmi təmin edir.
Bəqərənin 266-cı ayəsində üzümdən və xurmadan danışılır. Xurma isə xərçəng riskini azaldır, 16 fərqli vitamin və minerallarla zəngindir.