İngiltərədəki Essex Universitetində aparılan son araşdırmaya görə, arıqlama prosesində qarşıya çıxan çətinliklərin arxasında genetik quruluşunuz dayana bilər. Hormon pozğunluqları və ya dərman istifadəsi kimi faktorlar tez-tez arıqlamağa təsir göstərsə də, Essex Universitetinin alimləri genetik faktorların bu prosesdə ən böyük maneə ola biləcəyinə diqqət çəkiblər.
Turkustan.az xəbər verir ki, Essex Universitetində aparılan yeni bir araşdırma, arıqlama prosesində genetik faktorların mühüm rol oynadığını ortaya çıxarıb. İdman, Reabilitasiya və Məşq Elmləri Məktəbindən. Henri Çunqun rəhbərlik etdiyi araşdırmada “arıqlama genləri” adlanan 14 xüsusi genin arıqlamağa əhəmiyyətli dərəcədə təsir etdiyi müəyyən edilib.
20-40 yaş arası 38 iştirakçının iştirak etdiyi araşdırmada bu genetik markerlərə sahib olanların araşdırma zamanı 5 kq-a qədər çəki itirdiyi, bu genləri olmayanların isə orta hesabla 2 kq arıqladığı müşahidə edilib. Araşdırma, xüsusilə PARGC1A geninin kilo vermə prosesində əsas rol oynadığını vurğuladı. Dr. Chung, iştirakçıların itirdikləri çəkinin 62%-nin genetik faktorlar, qalan 37%-nin isə idman və həyat tərzi dəyişiklikləri ilə bağlı olduğunu izah edib.
Dr. Chung genetik faktorların əhəmiyyətini vurğulasa da, kilo vermə prosesində idman və həyat tərzi dəyişikliklərinin kritik əhəmiyyət daşıdığını da ifadə etdi. Araşdırmanın məqsədinin fərdlərin genetik profillərinə uyğun olaraq daha fərdiləşdirilmiş sağlamlıq müdaxilələri inkişaf etdirərək daha təsirli kilo vermə strategiyalarına və daha yaxşı sağlamlıq nəticələrinə töhfə vermək olduğu ifadə edildi.
Eltac Zülfüqaroğlu/Turkustan.az