Payızın ilk ayı olmasına baxmayaraq, ölkə ərazisində payıza xas olmayan hava müşahidə olunur. Belə ki, yağışlı payıza öyrəşən hər kəs yaz günləri xatırladan günəşlə qarşılaşır.
Maraqlıdır, payızda yaz havasının müşahidə olunması insanların səhhəti üçün hansısa problemlərə yol aça bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Həbib Sahratov bildirib ki, payız aylarında havanın mülayim keçməsi insanların geyimlərində səhlənkarlığa yol vermələrinə səbəb olur.
H.Sahratov nəzərə çatdırıb ki, havanın yaxşı keçməsinə baxmayaraq, havada soyuq müşahidə olunur, eyni zamanda mövsümu xəstəliklər var və bu xəstəliklər daha çox yoluxucu olur:
Qripin bu xəstəliklərdən biri olduğunu deyən terapevt vurğulayıb ki, onun tənəffüs yollarına, ağciyərlərə problem yaratma ehtimalı daha yüksəkdir.
Həbib Sahratov, Terapevt
Müsahibimiz qeyd edib ki, bundan başqa xroniki xəstəlikləri olan insanlar belə havada mütləq özlərini qorumalıdırlar. Bu xəstələrdə mövsumi xəstəliklər daha ağır olur və ciddi fəsadlara yol aça bilir.
“Hava gündüz vaxtı nə qədər mülayim, isti keçsə də axşama doğru sərtləşir və soyuyur. İnsanlar da bunu nəzərə almalıdırlar", - deyə Həbib Sahratov əlavə edib.