Yaşlandıqca yaddaş itkisi bir çox insan üçün kabusa çevrilir. Yaddaş sağlamlığının təkcə genetika və həyat tərzi ilə deyil, istehlak edilən qidalarla da sıx bağlı olduğunu bildirən alimlər yaddaşa mənfi təsir göstərən qidaları həyatımızdan çıxarmağımız lazım olduğunu vurğulayırlar.
Turkustan.az xəbər verir ki, yaddaşı gücləndirən qidalarla bağlı son araşdırmalar düzgün qidalanma vərdişlərinin zehni funksiyaların qorunmasında mühüm rol oynaya biləcəyini ortaya qoyur. Xüsusilə bəzi qidaların beyin sağlamlığına müsbət təsir etdiyi və unutqanlıq riskini azalda biləcəyi ifadə edilir.
Son araşdırmalara görə məlum olur ki, bəzi məşhur qidalar beynin idrak funksiyasına mənfi təsir göstərə bilər. Alimlər yaddaşı güclü saxlamaq və koqnitiv sağlamlığı qorumaq üçün nəzərə alınmalı olan üç əsas qida qrupunu qeyd edirlər.
Bu qidaların həddindən artıq istehlakı zamanla beyin sağlamlığına mənfi təsir göstərərək unutqanlığa və konsentrasiyanın itməsinə səbəb ola bilər. Mütəxəssislər vurğulayırlar ki, bu qidaların diyetlərdə məhdudlaşdırılması psixi funksiyaları qorumaq üçün mühüm addımdır.
Popkorn bir çox insanın bəyəndiyi məşhur qəlyanaltı olsa da, tərkibindəki diasetil adlı kimyəvi maddəyə görə ehtiyatla istehlak edilməlidir. Mütəxəssislər qeyd edirlər ki, diasetil beyinə zərər verə bilər və idrak funksiyalarının, xüsusən də yaddaşın pisləşməsi ilə əlaqələndirilir. Popkorn məsum bir qəlyanaltı kimi görünsə də, tərkibində bu zərərli birləşmənin olması yaddaş sağlamlığını qorumaq istəyənlər üçün onu riskli seçimə çevirir.
Qarğıdalı özü təbii olaraq diasetil ehtiva etmir. Bununla belə, diasetil mikrodalğalı popkorn məhsullarında və bəzi ani popkorn növlərində istifadə edilən süni yağ ləzzətlərində ola bilər. Bu məhsullara yağ kimi dad və qoxu vermək üçün diasetil əlavə edilir. Tədqiqatlar göstərdi ki, bu kimyəvi maddənin yüksək miqdarını tənəffüs etmək xüsusilə mikrodalğalı popkorn istehsalı zamanı işləyənlər üçün "popkorn işçisinin ağciyəri" kimi tanınan ağciyər xəstəliyinə səbəb ola bilər.
Məlum olub ki, yüksək emal olunmuş süd məhsulları, məsələn, emal olunmuş kəsmik beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə məhsulların müntəzəm istifadəsi yaddaşın pisləşməsinə və analitik qabiliyyətlərin azalmasına səbəb ola bilər.
Alimlər tərkibindəki qatqı və konservantlara görə emal olunmuş süd məhsullarının beyin sağlamlığına zərərli təsirlərinə diqqət çəkərək, daha təbii və qatqısız məhsullara üstünlük verilməsi lazım olduğunu bildirirlər. Sağlam ağıl üçün yemək vərdişlərinizi yenidən nəzərdən keçirməyin vaxtıdır!
Mütəxəssislər ağ un məhsullarının beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edərək, bu qidaların orqanizmdə iltihaba səbəb ola biləcəyini bildirirlər. Çörək, makaron və digər ağ un məmulatlarının həddindən artıq istehlakı xroniki iltihab riskini artıra bilər ki, bu da neyrodegenerativ xəstəliklərin və yaddaş pozğunluqlarının inkişafına zəmin yarada bilər.
Mütəxəssislər, psixi sağlamlığı qorumaq və iltihabın qarşısını almaq üçün tam taxıl alternativlərinə müraciət etməyin vacibliyini qeyd edirlər. Sağlam beyin üçün ağ un məhsullarını məhdudlaşdırmaq lazımdır.
Eltac Züflüqaroğlu/Turkustan.az