Qırmızı ət, spirt və “fast food” orqanizmdə nələr törədir?


Qırmızı ət, spirt və “fast food” orqanizmdə iltihabı tətikləyir, sarımsaq, zəncəfil, balıq və çay isə əksinə, ondan qoruyur.

Bunu Ohayo Dövlət Universitetinin alimləri müəyyən ediblər.

Turkustan.az xəbər verir ki, araşdırmanın nəticələri “Public Health Nutrition” (PHN) jurnalında dərc olunub.

Tədqiqatda ABŞ-dən olan 34500 yaşlı könüllü iştirak edib.

Tədqiqatçılar iştirakçılardan pəhriz məlumatlarını toplayıblar və onların hər biri üçün pəhrizi bədəndəki iltihabla əlaqəli bir neçə biomarkerə təsiri baxımından ölçən ədədi hesab olan Pəhriz İltihab İndeksini (DII) hesabladılar. Kollektiv olaraq 45 pəhriz komponentinin təsiri qiymətləndirilib.

Nəticələr göstərib ki, bütün könüllülərin 57%-i iltihab əleyhinə pəhrizə riayət edib. Kişilər, gənclər, təhsili və gəliri aşağı olan insanlar arasında bu nisbət daha yüksək olur.

Tədqiqatçıların fikrincə, iltihab şəkərli diabet, ürək-damar xəstəlikləri, depressiya və digər psixi pozğunluqlar kimi xroniki patologiyaların inkişafına səbəb ola bilər.

Alimlər aydınlaşdırıblar ki, orqanizmdə iltihablar fast food, qızardılmış yeməklər, hazır yeməklər, şirniyyatlar, spirt və ya qırmızı ətdən qaynaqlanır. Sarımsaq, zəncəfil, zerdeçal, yaşıl və qara çay, bütün taxıllar, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, yağlı balıq və giləmeyvə açıq şəkildə iltihab əleyhinə təsir göstərir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ