Tədqiqat: Alkoqol altı əsas xərçəng növü ilə əlaqələndirilir


Spirt istehlakının sağlamlığa təsiri ilə bağlı elmi araşdırmalar irəlilədikcə, xüsusilə də xərçəngə təsiri daha aydın olur. Amerika Xərçəng Araşdırmaları Assosiasiyası tərəfindən dərc edilən yeni hesabatda spirtli içkilərin xərçəngə səbəb ola biləcək mühüm faktor olduğu ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Hesabatda qeyd edilir ki, bütün xərçəng hadisələrinin 40 faizi “dəyişdirilə bilən risk faktorları” ilə bağlıdır.

Bu amillərin başında alkoqol istehlakıdır. Hesabata görə, spirt istehlakı altı əsas xərçəng növü ilə əlaqələndirilir: baş və boyun, yemək borusu, qaraciyər, süd vəzisi, yoğun bağırsaq və mədə xərçəngi.

Statistikalar heyrətləndiricidir.

2019-cu ildə Qərb ölkələrində hər 20 xərçəng diaqnozundan birinin spirtli içki qəbulu ilə əlaqələndirildiyi halda, bu nisbətin zamanla artdığı bildirilir. Bu vəziyyət, alkoqolun "zərərsiz sosial vərdiş" kimi geniş yayılmış qavrayışını sual altına qoyur.

Hətta yüngül və orta dərəcədə spirtli içki qəbulu döş xərçəngi riskini artıra bilər.

Alkoqol və xərçəng riski arasındakı əlaqə çox vaxt "doza-cavab" modeli ilə izah olunur. Yəni spirt istehlakı artdıqca xərçəng riski də artır. Hətta yüngül və orta dərəcədə spirtli içki qəbulu döş xərçəngi riskini artıra bilər. Ancaq spirt hər kəsin xərçəngə tutulacağı anlamına gəlmir; Genetik faktorlar və həyat tərzi kimi digər amillər də xərçəngin yaranmasında rol oynayır.

Alkoqolun bədənə təsiri DNT zədələnməsinə qədər uzanır. Alkoqol orqanizmdə parçalanır və asetaldehid adlı maddəyə çevrilir. Bu maddə hüceyrələrimizin DNT-sini zədələyə və mutasiyalara səbəb ola bilər, xərçəng riskini artırır.

Hesabatda spirtin təkcə xərçəngə deyil, həm də ümumi sağlamlığa təsirlərinə diqqət çəkilir.

Xüsusilə tütün istifadəsi ilə birlikdə spirt istehlakı xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, fiziki hərəkətsizlik və piylənmə kimi şərtlər spirtin xərçəng riskini artırır.

Hesabatda ictimaiyyətin alkoqolun sağlamlıq riskləri barədə kifayət qədər məlumatlı olmadığı da ortaya çıxır. ABŞ-da aparılan araşdırmaya görə, əhalinin yarısı spirtin xərçəng riskini artırdığını bilmir.

Nəticə etibarilə, sağlam həyat sürmək üçün spirt istehlakı ilə bağlı şüurlu qərarlar vermənin və bu risklərdən xəbərdar olmağın böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ