Bu qidaları çayla birlikdə qəbul etməyin


Bu gün dəmir çatışmazlığı Ümumdünya Səhiyyə Təşkilatının prioritet sağlamlıq problemləri siyahısında birinci yerdədir. Dünya əhalisinin 30 faizindən çoxu dəmir çatışmazlığı səbəbindən anemiyadan əziyyət çəkir. Mütəxəssis dəmir çatışmazlığı ilə mübarizə üçün çayla birlikdə qəbul edilməməsi lazım olan qidaları sadalayıb.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyada yaşayan əczaçı və qidalanma terapevti Deborah Qreysonun fikrincə, qırmızı ət və yaşıl yarpaqlı tərəvəzlər kimi müəyyən qidalarla birlikdə çay və ya qəhvə içmək, ciddi qida çatışmazlığının inkişaf şansını artıra bilər.

Məlumdur ki, xüsusilə bu isti içkilərin tərkibindəki kimyəvi maddələr orqanizmin dəmiri qəbul etməsinə mane olur. Dəmir bədən boyunca oksigenin daşınması üçün həyati əhəmiyyət kəsb edən, bizi enerji və güclü immunitet sistemi ilə təmin edən bir mineraldır.

Qreyson The Mirror-a deyib: "Əgər siz həmişə yeməklə çay içsəniz, qan azlığı yarana bilər".

O əlavə edib ki, xüsusilə aybaşı olan qadınlarda anemiya (ağır dəmir çatışmazlığı) riski çox yüksəkdir.

Çay və qəhvə ilə birlikdə istehlak edilməməsi lazım olan qidalar arasında biftek və qovrulmuş mal əti kimi dəmirlə zəngin qidalar, həmçinin ispanaq, brokoli və kələm kimi yaşıl tərəvəzlər var.

Tədqiqatlar göstərdi ki, çay və qəhvənin tərkibində olan polifenollar da daxil olmaqla bəzi kimyəvi maddələr dəmirin udulmasına mane ola bilər və bu kimyəvi maddələrin iltihaba qarşı qoruyucu olduğu düşünülür.

Dəmir çatışmazlığı həddindən artıq yorğunluq, saç tökülməsi və tez-tez xəstələnmək kimi simptomlara səbəb ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ