Yaddaşı gücləndirmək üçün bunları edin


Tədqiqatçılar tapmacaları həll etmək və kitab oxumaq kimi zehni məşqlərlə tez-tez məşğul olan yüngül koqnitiv pozğunluğu olan yaşlı insanların yaddaşı daha güclüdür, diqqət və iş sürəti daha yüksəkdir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Cənubi Missisipi və İndiana Universitetlərindən olan tədqiqatçılar 50 yaşdan yuxarı yüngül koqnitiv pozğunluğu olan 5932 insanı müayinə ediblər.

Tədqiqatçılar iştirakçılardan kitab oxumaq və bulmacaları həll etmək kimi idrakı stimullaşdıran fəaliyyətlər kimi müəyyən edilən zehni məşqlərlə nə qədər tez-tez məşğul olduqlarını soruşdular. Cavablara əsasən iştirakçılar üç qrupa bölünüb.

Tədqiqatçılar, zehnini tez-tez məşq edən iştirakçıların orta və ya aşağı səviyyədə işləyənlərə nisbətən daha güclü yaddaşa malik olduğunu, diqqət və iş sürətinin daha yüksək olduğunu müəyyən ediblər.

Bundan əlavə, orta dərəcədə zehni məşq edən yaşlı insanların aşağı səviyyədə zehni məşq edənlərə nisbətən daha yüksək diqqət müddəti olduğu müşahidə edilmişdir.

Tədqiqatçı Kim Junhyoung, yüngül koqnitiv pozğunluğu olan yaşlı insanlara həftədə ən azı üç və ya dörd dəfə bulmacalar həll etməyi, kitab oxumağı və ya oxşar zehni stimullaşdırıcı fəaliyyətlərlə məşğul olmağı tövsiyə etdi.

Araşdırmanın nəticələri “Journal of Cognitive Enhancement” jurnalında dərc olunub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ